Azedu.az

Qeydiyyatdan keçə bilməyənlərin nəzərinə - Məktəbə müraciət edin

Qabiliyyət imtahanı

24 İyun 2019, 11:16
Qeydiyyatdan keçə bilməyənlərin nəzərinə - Məktəbə müraciət edin

V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, təhsil müəssisələrini musiqi ixtisası üzrə 2019-cu ildə başa vuran, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat iyulun 3-dək davam edəcək.

Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox