I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları artıq yekunlaşıb.
Abituriyentləri narahat edən əsas məqam isə nəticələrin nə vaxt elan olunacağıdır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumatına görə, bu gündən etibarən imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanıb.
Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyinə görə, imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahanda 24 028 abituriyentin iştirak edib. Onlardan 19 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verib.