Azedu.az

Həyəcanlı abituriyentlər, gərgin valideynlər - Qəbul imtahanından FOTOREPORTAJ

Dövlət İmtahan Mərkəzi (DİM)

23 İyun 2019, 14:50
Həyəcanlı abituriyentlər, gərgin valideynlər - Qəbul imtahanından FOTOREPORTAJ

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanıb. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatıb. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıblar. 

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

AzEdu.az 244 nömrəli tam orta məktəbdə keçirilən qəbul imtahanından fotoreportajı təqdim edir:

Foto : İsmət Paşa

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox