Azedu.az

Bakıda imtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib 

Dövlət İmtahan Mərkəzi (DİM)

23 İyun 2019, 10:46
Bakıda imtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib 

Bakının Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin qarşısında ali təhsil müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərdən birinin halı pisləşib.

AzEdu.az "Report"-a istinadən  xəbər verir ki, yaxınlıqdakı təcili tibbi yardım əməkdaşları tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra abituriyentin vəziyyəti yaxşılaşıb.

Lakin həmin abituriyentin valideynlərinin səs-küy salması digər imtahan iştirakçılarının gərginliyə səbəb olub.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV qruplar üzrə qəbul imtahanı keçirilir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox