Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 3 182 subbakalavr ərizə verib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, iyunun 23-ü saat 10:30-a qədər olan məlumata əsasən, 3 136 subbakalavr ərizəsini təsdiq edib.
Xatırladaq ki, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.