Artıq 6 aydır ki, etwinning layihəsi Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə uğurla həyata keçirilir.
Layihə mənim, yəni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günəş Şərəfəddin qızı Xudiyeva tərəfindən davam etdirilir. Qoşulduğum layihələrdən biri də “ Oyuncağımı paylaşıram, oyunla ögrəniyorum “ adlı olduqca maraqlı və faydalı bir projedir.Qurucuları Türkiyədən Nevzat Can və Nesrin Şahinoğulları Balıkçı olan bu layihə 15 mart 2019-cu il tarixində yaradılıb. Məqsəd şagirdlərin maraq, istedad və qabiliyyətlərini inkişaf etdirərək birlikdə iş görmə alışqanlığı qazandırmaq, onların paylaşma duyğusuna sahib olmasına nail olmaq, boş vaxtlarını necə dəyərləndirəcəklərini öyrətmək, oyunla öyrənmənin təhsildə önəmini vurğulamaqdır. 28 müəllimin iştirak etdiyi bu projedə Azərbaycandan yalnız mən fəaliyyət göstərirəm. Layihənin icrası zamanı şagirdlərim Türkiyənin müxtəlif bölgələrinin şagirdləri ilə canlı bağlantılarda, video – konfranslarda fəal iştirak edərək həm fikir mübadiləsi aparmış, həm də təcrübə qazanmışlar.
Layihə daxilində aparılan çalışmalardan biri də mandaladır.Təhsilalanlar mandala haqqında araşdırmalar aparıb onlar üçün yeni olan məlumatlar əldə etdilər. Eyni zamanda həmahəngliyi anladılar, ahəng qanunu daha yaxşı başa düşmələrinə, həmçinin şeirlərdə qafiyəni asanlıqla müəyyənləşdirmələrinə nail oldum.
Proje çərçivəsində artıq istifadə etmədikləri geyim ləvazimatlarından müxtəlif oyuncaqlar yaratdılar və onları bir-birləri ilə paylaşaraq maraqlı oyunlar təşkil etdilər. Bu, şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirdi, düşündüklərini sərbəst ifadə etmələrinə, nəqli, sual və əmr cümlələrini fərqləndirmələrinə böyük kömək oldu. Sonra oyuncaq dolabları düzəltdilər ki, bu da şagirdlərə səliqəli olmağı aşılamaqla yanaşı, sözləri yaranma üsullarına görə qruplaşdırma bacarığını da öyrətdi.
Layihədə çalışmalardan biri də Quiver tapşırığı idi. Bu tapşırıq vasitəsilə təhsilalanların heyvanlara məhəbbəti artır və onlara qayğı ilə yanaşmağa başladılar. Həm də internetdən məqsədyönlü şəkildə necə istifadə edəcəklərini, asudə vaxtlarını necə dəyərləndirəcəklərini öyrəndilər.
Ümumiyyətlə, bu layihənin vasitəsilə bütün şagirdlər məktəbə daha çox bağlandılar, dərsə maraq və diqqətləri daha da artdı. Biz oyunla öyrənmənin təhsildə önəmini bir daha sübut etmiş olduq. (modern.az)