Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək imtahanların dəqiq tarixlərini elan edib.
AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən iyul ayında keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir:
Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə) – 1 iyul;
TOEFL imtahanı – 6 iyul;
II vəIII ixtisas qrupları üzrə yay qəbul imtahanları - 7 iyul;
Kolleclərin ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat – 8– 16 iyul;
Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanları (digər komissiyalar üzrə) – 8 iyul – 2 avqust;
Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat (I qrup üzrə) – 8– 13 iyul;
Rezidenturaya qəbul imtahanına buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ) – 10-13 iyul;
Kolleclərə tam (11 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı – 12-17 iyul;
TOEFL imtahanı – 13 iyul;
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı – 14 iyul;
Rezidenturaya ixtisas seçimi – 16 iyul;
Kolleclərin ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanı – 18 iyul – 22 iyul;
Kolleclərin ümumi (9 illik) orta təhsil bazasında xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanı - 19-23 iyul;
İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (A növü) – 21 iyul;
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı – 22 -25 iyul;
Boş qalan yerlərə ixtisas seçimi – 23-30 iyul;
Kolleclərə ümumi (9 illik) orta ixtisas bazasında ixtisas seçimi – 24 iyul – 5 avqust;
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) – 24 iyul – 6 avqust;
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi (I-IV qrup) – 24 iyul -6 avqust;
Azərbaycan İlahiyyat İnstitunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı – 27 iyul – 2 avqust;
Rezidenturaya qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı – 29 iyul – 2 avqust.