Sabah xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat başlayacaq.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, V qrup üzrə qeydiyyat bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə 20-28 iyun, V qrup digər komissiyalar üzrə 20 iyun - 3 iyul tarixlərində aparılacaq.
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı 20 - 24 iyul tarixlərində həyata keçiriləcək.
Xatırladaq ki, jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 22 iyuldan 25 iyula qədər davam edəcək.