Azedu.az

Fransada yeni tədris ilindən 3 yaşlılar məktəbə cəlb olunacaq

Bağçalar

Məktəblər

Xaricdə Təhsil

17 İyun 2019, 17:19
Fransada yeni tədris ilindən 3 yaşlılar məktəbə cəlb olunacaq

Fransada azyaşlılar 3 yaşdan məktəbə cəlb olunacaq.

AzEdu.az xəbər verir ki, Fransada yeni tədris ilinin başlanğıcından icbari  məktəbəqədər təhsilin yeni qaydaları tətbiq olunacaq.  3 yaşlılar üçün təhsil icbari olacaq. Təhsil islahatlarına müvafiq olaraq uşaqları  3 yaşdan başlayaraq ibtidai məktəbə hazırlayacaqlar. Körpələrə oxumaq, yazmaq,  hesablamaq, xarici dillər öyrədiləcək, həmçinin onların leksik bilikləri  inkişaf etdiriləcək.

Qeyd olunur ki, körpələrə oxumağa sevgini "Oxumaq və oxumağı öyrətmək" assosiasiyasının könüllüləri aşılayacaq. Onlar hər gün hazırlıq siniflərinə gələcək  və icadan uşaqlara  kitab oxuyacaqlar.  "Fransanın milli təhsil xəbərləri" nəşrinin  məlumatına əsasən, bəzi  məşğələlər uşaqlarda  diqqətin və həmsöhbətə qulaq asmaq bacarığının inkişafına həsr ediləcək.(Azərbaycan müəllimi)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox