Azedu.az

Lənkəranda məzunlar “Son zəng” günü qəzaya düşdü

Məktəblər

14 İyun 2019, 20:13
Lənkəranda məzunlar “Son zəng” günü qəzaya düşdü

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüblər.

AzEdu.az  APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.

Faktla bağlı araşdırma aparılır.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox