Azedu.az

Misir Mərdanov yeni təhsil nazirindən danışdı- ÖZƏL

24 Aprel 2018, 14:14
Misir Mərdanov yeni təhsil nazirindən danışdı- ÖZƏL

 

“Mikayıl Cabbarovun müavini kimi çalışdığı zaman ərzində  təhsildə müəyyən yeniliklər edilib. İnanıram ki, Ceyhun Bayramov bu sistemi uğurla davam etdirəcək”.

Bu sözləri AzEdu.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib. O, yeni təyinatı müsbət addım kimi qiymətləndirib:

“Yeni təhsil nazirimiz vətənə, dövlətə xeyirli-uğurlu olsun. Ceyhun Bayramovu təbrik edir və  yeni işində uğurlar arzulayıram. Bu seçimdən müsbət nəticələr gözləyirəm. Yeniliklərin tədbiq olunacağına inanıram”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox