Azedu.az

Yay qəbul imtahanlarında iştirak edənlərin yaz imtahanındakı nəticəsi ləğv olunur? -RƏSMİ

Bakalavr və sınaq imtahanları

12 İyun 2019, 11:15
Yay qəbul imtahanlarında iştirak edənlərin yaz imtahanındakı nəticəsi ləğv olunur? -RƏSMİ

Yay qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək. 

Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də, yay qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə yaz imtahanının nəticələrinin ləğv olunub-olunmamasıyla bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, abituriyent yay qəbul imtahanlarında iştirak etdikdə onun heç bir nəticəsi ləğv olunmur. İxtisas seçimi edərkən müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak etmək istəyirsə, abituriyentə onu seçmək hüququ verilir.

Bir sözlə, hansı imtahandan daha çox bal toplasanız, həmin nəticə ilə də ixtisas seçimi edə bilərsiniz.

Xatırladaq ki, I v ə IV ixtisas qrupları üzrə yay qəbul imtahanları iyunun 23-də, II və III ixtisas qrupları üzrə isə iyulun 7-də keçiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox