Azedu.az

Buraxılış imtahanına 700-dən çox şagird gəlmədi, 8 nəfər qovuldu - RƏSMİ

Buraxılış İmtahanları

12 İyun 2019, 10:29
Buraxılış imtahanına 700-dən çox şagird gəlmədi, 8 nəfər qovuldu - RƏSMİ

İyunun 9-da IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının II mərhələsinin nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, imtahanda iştirakı gözlənilən 40.234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər isə imtahan qaydalarını pozduğu üçün binadan xaric edilib.

Xatırladaq ki, iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox