Azedu.az

Kolleclərə və universitetlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq -RƏSMİ

11 İyun 2019, 10:29
Kolleclərə və universitetlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq -RƏSMİ

Universitetlərə qəbul olunmaq üçün ixtisas seçimi I, II,III və IV qruplar üzrə 24 iyul – 6 avqust tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

V qrupun ixtisaslarına qəbul olunmaq istəyənlər isə qabiliyyət imtahanları başa çatdıqdan sonra  24 iyuldan 6 avqusta qədər ixtisas seçə bilərlər.

Universitetlərin boş qalan yerlərinə seçimin 15 - 19 avqust tarixlərində aparılması nəzərdə tutulub.

IX siniflərüzrə kolleclərə ixtisas seçimi 24 iyul - 5 avqust, XI siniflər üzrə isə 15 - 19 avqust  tarixlərində aparılacaq. 

IX illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçiminin 27 avqust - 2 sentyabr, XI illik bazada isə 30 avqust - 4 sentyabr tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox