Yay qəbul imtahanlarına ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 10-u saat 10:06-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 17.363, II ixtisas qrupu üzrə 9.427, III ixtisas qrupu üzrə 14.819, IV ixtisas qrupu üzrə 3.751 nəfər ərizəsini təsdiq edib.
Beləliklə, 4 ixtisas qrupu üzrə ümumilikdə 45.360 nəfər ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ərizə qəbulu iyunun 12-dək davam edəcək.