Azedu.az

 Saakaşvilinin oğlu dünyanın ən yaxşı 7 tələbəsindən biridir

Uğur hekayələri

Xaricdə Təhsil

3 İyun 2019, 08:35
 Saakaşvilinin oğlu dünyanın ən yaxşı 7 tələbəsindən biridir

 Gürcüstanın məşhur Marneuli Press media orqanında yazılan informasiyanın lidi belədir:

“Bunu heç kim gözləmirdi – Mixeil Saakaşvilinin oğlu dünyanın ən yaxşı 7 tələbəsindən biridir”.

 AzEdu.az xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin oğlu Eduard Saakaşvili, “Sourtmori” universitetində təhsilini müvəffəqiyyətlə bitirən yeddi ən yaxşı tələbə arasında yer alıb.

Kollecdə bu il 380 gənc məzun olub. “Sourtmori” kolleci Amerika Birləşmiş Ştatlarının ən yaxşı universitetlərindən biridir və buna görə də orada təhsil almaq çox çətindir.

Xüsusilə 380 tələbə arasında 7 tələbədən biri olmaq isə fenomenal hadisə sayılmalıdır.

“Sourtmori” 2017-ci ilin məlumatlarına görə ABŞ-da altı dəfə ən yaxşı kollec seçilib. O, ən yaxşı 5 kollec arasındadır.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox