Azedu.az

Gənc müəllim məcburi köçkün uşaqlar üçün kinoteatr təşkil etdi

Məktəblər

1 İyun 2019, 18:12
Gənc müəllim məcburi köçkün uşaqlar üçün kinoteatr təşkil etdi

Laçın rayonu Taxtakörpü kənd orta məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar fərqli addım atıb. O, məcburi köçkün şagirdlər üçün kinoteatr təşkil edib.

AzEdu.az-a bu barədə gənc müəllimin özü məlumat verib. Bildirib ki, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün uşaqları var. Yaxınlıqdakı hərbi hissədə də onlarla azyaşlı yaşayır:

“Bu gün hamısını Təhsil Şöbəsinin akt zalına topladıq . Onlara gözəl bir film nümayiş etdirdik. Heç vaxt olmadıqları kinoteatrda oldular. Özlərini çox xoşbəxt hiss edirdilər”.

Şəbnəm müəllim kinoteatr üçün Təhsil Şöbəsinin texniki dəstəyi əsirgəmədiyini bildirərək onlara təşəkkürünü matdırıb:

“Şagirdlərin asudə vaxtlarının təşkili üçün hər zaman dəstək olurlar. Əməyi keçən hər kəsə minnətdaram”.

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox