Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin ümumilikdə 3-24 iyun tarixlərini əhatə edəcək
Xatırladaq ki, bu il ötən illərlə müqayisədə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişiklərin edilməsi planlaşdırılmır.
Bəs yerdəyişmədən uğurla keçən müəllimlər MİQ müsabiqəsində də iştirak edə bilərlər?
Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.
AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, yerdəyişmə müsabiqəsindən uğurla keçən müəllimlər MİQ müsabiqəsində də iştirak edə bilərlər.
Qeyd edək ki, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər. Yəni orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.