Banqladeşdəki qaçqın düşərgələrində qalan 500 000-dən çox Rohingyalı (yerli etnik qrup) uşağın davamlı təhsil almaq imkanının olmadığını açıqlanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Uşaqlara Yardım Fondu olan -nin UNİCEF məlumat yayıb.
Qeyd edilib ki, buradakı yaşı 14-də az olanlar üçün tədris planı, böyüklər üçün isə məktəb yoxdur.
UNİCEF-in Banqladeşdəki nümayəndəsi Edvard Baybeder “təhsilə yatırım etməsək, onları onları çox pis gələcək gözləyir”- deyə müraciət edib. O qeyd edib ki, doğulduqları yerə qayıtsalar da, söhbət bu uşaqların gələcəyindən gedir:
“Banqladeşdə hazırda milyondan çox qaçqın məskunlaşıb. Onların təhsil alması üçün kifayət qədər məktəb binası belə yoxdur”.
Bu problemi aradan qaldırmaq üçün təxmini 24 milyonluq büdcənin tam yarısına ehtiyac olduğu vurğulanıb.
Xatırladaq ki, Myanmarda yaşayan Rohingya etnik qrupuna mənsub 700 000 şəxs keçən ilin avqustunda qarşılaşdıqları şiddət səbəbindən Banqladeşə köç ediblər. Onlar yaşadıqları ərazilərdə insanların əsir götürüldüyü və öldürüldüyünü bildiriblər.