Azedu.az

IX siniflərin nəzərinə - Buraxılış imtahanının nəticələri bu zaman elan olunacaq   

Buraxılış İmtahanları

31 May 2019, 15:10
IX siniflərin nəzərinə - Buraxılış imtahanının nəticələri bu zaman elan olunacaq   

İyunun 2-də IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən xəbər verir ki, nəticələr imtahan keçirilən vaxtdan təxminən, iki-üç gün ərzində elan olunacaq.

2 iyunda Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri imtahan verəcək.

Xatırladaq ki, həmin gün ümumilikdə 37.670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox