Azedu.az

Fənn olimpiadalarına qəbul qaydalarında dəyişiklik olunacaq? - RƏSMİ  

Məktəblər

Elm və Təhsil Nazirliyi

31 May 2019, 14:32
Fənn olimpiadalarına qəbul qaydalarında dəyişiklik olunacaq? - RƏSMİ  

Respublika fənn olimpiadalarının qalibləri artıq məlumdur.  Nazirlər Kabinetinin olimpiada qaliblərinin universitetlərə müsabiqədənkənar qəbulu ilə bağlı qərarı məktəblilərin bu yarışmaya marağını daha da artırıb.

Çoxlarını isə bu önəmli qərardan sonra maraqlandıran əsas məsələ olimpiadalarda iştirak üçün qəbul qaydalarında dəyişiklik edilib-edilməyəcəyidir.

Ümumiyyətlə, şagirdlərin olimpiadalara qəbulu necə həyata keçirilir?

AzEdu.az bildirir ki, bu barədə suallar Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev cavab verib.

O, bildirib ki, şagirdlərə olimpiadanın rayon və şəhər mərhələlərində iştirak üçün heç bir məhdudiyyət qoyulmayıb:

“Sadəcə, yerli təhsili idarəetmə orqanlarına orta təhsil müəssisələrində məktəb turları keçirilməsi ilə bağlı tövsiyə edilib. Bu mərhələdə üzə çıxan şagirdlər rayon və şəhər turlarında iştirak etmək hüququ əldə edirlər. Amma ümumi götürdükdə heç bir şagirdə olimpiadada iştirak etmək məhdudiyyətiqoyulmur. Müəllimlər şagirdin bilik və bacarıq səviyyəsinə görə olimpiadada iştirak etməsinə rahatlıqla qərar verə bilərlər.

Şagird VIII sinifdə oxuduğu dövrdən başlayaraq hər il Respublika fənn olimpiadalarında iştirak edə bilər. Aydındır ki, o, uğur qazanmaq üçün daha çox oxumalı, fərqli ədəbiyyat və qaynaqlara müraciət etməlidir. Bunun üçün xüsusi hazırlığa ehtiyac olsa da, bəzi məktəblilər özləri öhdəsindən gələ bilirlər.

Amma şagird IX – X siniflərdə oxuyarkən“beynəlxalq olimpiadaya hazırlaşacam” deyirsə, bu, kifayət qədər gecikmiş qərardır. Çünki beynəlxalq olimpiadalara hazırlıq prosesi ən azı 2-3 il çəkir. Bu yarışlarda uğur qazanmaq istəyənlər ən geci VII sinifdən qarşılarına hədəf qoymalıdırlar. Vəsaitləri isə internetdən əldə etmək mümkündür”.

Qeyd edək ki,r espublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. Qazanılan medalların 127-si bölgə məktəblərinə məxsusdur.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox