Ali təhsil müəssisələrində təqaüd alanların sayı bütün tələbələrin 42%-ni təşkil edir.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verib.
O, çıxışında təqaüd yerlərinin artımından sonra ali təhsil müəssisələrində təhsil alan 173.730 nəfərdən 72.373 nəfərin təqaüd aldığını bildirib:
“Orta ixtisas təhsili müəssisələrində isə təhsilalan 51.819 nəfərdən 21.359-na təqaüd verilir ki, bu da bütün tələbələrin 42%-nə bərabərdir.
Peşə təhsili müəssisələrində təqaüd alanlar isə bütün tələbələrin 81%-ni təşkil edir. Belə ki, hazırda peşə təhsili alan 22.363 nəfərdən 18.183-ü təqaüd alır”.
AzEdu.az əlavə ayrılan təqaüd yerlərinin ali təhsil müəssisələri üzrə bölgüsünü təqdim edir:
Bakı Dövlət Universiteti - 1.960
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 1.033
Azərbaycan Texniki Universiteti - 797
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 682
Azərbaycan Tibb Universiteti - 668
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 1.021
Azərbaycan İqtisad Universiteti - 1.768
Azərbaycan Dillər Universiteti - 646
Bakı Slavyan Universiteti - 367
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti - 217
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 422
Bakı Xareoqrafiya Akademiyası - 27
Bakı Ali Neft Məktəbi - 59
Naxçıvan Dövlət Universiteti - 496
Naxçıvan Müəllimlər İnstitutu - 115
Azərbaycan Dövlət Aqrar Universiteti - 547
Azərbaycan Texnologiya Universiteti - 205
Gəncə Dövlət Universiteti - 636
Sumqayıt Dövlət Universiteti - 560
Mingəçevir Dövlət Universiteti - 192
Lənkəran Dövlət Universiteti - 334
Bakı Mühəndislik Universiteti - 470
Azərbaycan Kooperasiya Universiteti - 237
"Azərbaycan" Universiteti – 102
Qeyd edək ki, bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncam imzalayıb.
100 mindən çox tələbə kəsiminə şamil olunan sərəncam, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alınıb.