Azedu.az

Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb - Nazir

Kolleclər

Universitetlər

Magistratura

Elm və Təhsil Nazirliyi

31 May 2019, 12:19
Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb - Nazir

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Ali təhsil müəssisələrində 2019-2020-ci il tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edib. Biz bu gün magistratura səviyyəsində qəbul dinamikasını müşahidə edirik”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox