Azedu.az

Dünyanın ən qeyri-adi kitabı gələn il satışa çıxarılacaq

Maraqlı

23 Aprel 2018, 10:12
Dünyanın ən qeyri-adi kitabı gələn il satışa çıxarılacaq

Kodeks Splenda dizayner Bradi  Vitney tərəfindən hazırlanan taxta bir kitabdır.  Bu kitabın özəlliyi  müasir dizaynla işlənməsidir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, oxucular kitabdakı  hekayəni oxumaq  üçün kitabın beş səhifəsində hazırlanan pazlları həll etməlidirlər. Bu dizayn sayəsində kitabdakı pazlları  addım-addım həll etmək üçün oxucular kitabı təkrar araşdırırlar. Kitab tərtibatı üçün lazerlə kəsmə texnologiyasından istifadə edilib.

Sonrakı səhifəyə keçmək üçün mütləq həll etməyiniz lazım olan pazlların tamamilə sadə olduğunu düşünməyin. Qarışıq və maraqlı dizaynı ilə diqqəti cəlb edən Codeks Silenda adlı bu kitab  2019-cu ildə satışa çıxarılacaq.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox