Azedu.az

Bu beynəlxalq olimpiada qalibləri universitetlərə imtahansız qəbul olunacaqlar - SİYAHI  

Məktəblər

Elm və Təhsil Nazirliyi

30 May 2019, 12:58
Bu beynəlxalq olimpiada qalibləri universitetlərə imtahansız qəbul olunacaqlar - SİYAHI  

Nazirlər Kabinetinin beynəlxalq olimpiada qaliblərinin universitetlərə imtahansız və istənilən ixtisas üzrə qəbulu ilə bağlı qərarı artıq çoxlarına məlumdur.

Bu prosesin məhz hansı olimpiadalarda qalib gələnlərə şamil ediləcəyi ilə maraqlananlar da az deyil.

AzEdu.az xəbər verir ki, bu barədə “Həftənin sualı” verilişində izləyicilərin suallarını cavablayan Təhsil İnstitutunun istedadlı şagirdlərlə iş şöbəsinin müdiri Fuad Qarayev məlumat verib. O, “Nazirlikdə imtahansız qəbulun hansı olimpiadaların qaliblərinə şamil ediləcəyi ilə bağlı siyahı varmı?” sualına belə cavab verib:

“Bəli. Həmin siyahı Nazirlər Kabinetinin qərarında da var. Bu olimpiadalar məhdud saydadırlar.

Həmin qərar Riyaziyyat fənni üzrə Beynəlxalq Riyaziyyat Olimpiadası, Avropa Qızlar Riyaziyyatı Olimpiadası, Balkan Riyaziyyat olimpiadasının qaliblərinə şamil edilir.

Avropa Fizika Olimpiadası və Beynəlxalq Fizika Olimpiadasında yer tutanlar da istənilən fakültə və universitetə imtahansız qəbul oluna bilərlər.

Bu siyahıda Kimya üzrə Beynəlxalq Kimya Olimpiadası, Mendeleyev Kimya Olimpiadasının adı da qeyd edilib.

Biologiya üzrə Beynəlxalq Biologiya Olimpiadası, İnformatika üzrə isə Beynəlxalq İnformatika Olimpiadasının qalibləri də müsabiqədənkənar qəbuldan yararlana biləcəklər.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox