274 olimpiada qalibindən 127-si bölgə məktəblərinin şagirdləridir.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil TV-də yayımlanan “Həftənin sualı” verilişində Beynəlxalq Olimpiada Mərkəzinin rəhbəri Fuad Qarayev məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələsində 33 000 şagirdin iştirak etdiyi olimpiadanın finalına 588 şagird vəsiqə qazanıb. Onlar arasında 274-nün qalib gəlməsi isə qürurvericidir:
“Həm humanitar, həm də dəqiq fənlər üzrə nəticələr qənaətbəxşdir. Amma ümumi nəticələri gözlədiyimizdən bir qədər aşağı olan fənlər də oldu. Bu tapşırıqların səviyyəsindən asılıdır. Həm də ola bilər ki, hansısamövzunlardan şagirdlərə tanış olmayan suallar düşsün. Amma ümumilikdə nəticələri kifayət qədər qənaətbəxş hesab etmək olar”.
O, bildirib ki, 274 qalibdən 127-ibölgə məktəblərinin payına düşür. Onlar yalnız rayon mərkəzlərində yerləşən orta təhsil müəssisələrində deyil, əm də müxtəlif kənd məktəblərinin oxuyurlar”
“Sumqayıt, Mingəçevir, Lənkəran, Oğuz, Bərdə, Gəncə, Şəki, Quba, İsmayıllı, Göyçay, Neftçala kimi rayonlardan qızıl medal mükafatçılarımız var.
Məsələn, Bərdədən 1 şagird qızıl, 2-i gümüş, 2-i isə bürünc medal alıb. Bölgələrdən belə şagirdlərin yetişməsi, bizə əlavə stimul verir”.
Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub