Azedu.az

Bakıda məktəblini maşın vurub

Məktəblər

28 May 2019, 12:41
Bakıda məktəblini maşın vurub

Naməlum avtomobil 2008-ci il təvəllüdlü Əhmədova Zinyət Teymur qızını vurub.

AzEdu.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sol bazu və sol qılça sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə azyaşlı məktəbdən evə qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox