Azedu.az

Ucqar kənd məktəbində AXC-nin 101 illiyi münasibətilə tədbir keçirilib - FOTO  

Məktəblər

27 May 2019, 13:17
Ucqar kənd məktəbində AXC-nin 101 illiyi münasibətilə tədbir keçirilib - FOTO  

Qazax rayon M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Tarixdən "Xəmsə" intelektual oyunu keçirilib.

AzEdu.az xəbər verir kli, əvvəlcə AXC-yə aid slayd nümayiş olunub. Sonra məktəbin tarix müəllimi Araz Vəliyev yarışın qaydalarını izah edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış 6 komandadan ibarət olub. .Hər komandada məktəbin 6-10-cu sinifləri arası şagirdlər iştirak edib.Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb.  "Xəmsə” formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 2 komanda finala vəsiqə qazanıb. Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən "Xalq"komandası birinci, "Parlament" komandası ikinci yeri tutub. Qalib komanda Fəxri fərman təqdim olunub.

Yarışda iştirak edən məktəbin direktoru M.Qocayev yarış barədə öz təəssüratlarını bölüşərək, "Belə bir yarışın  keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.Yarışda məktəbin şagird və müəllim heyətidə iştirak edib

 Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox