Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul aparmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı açıqlanıb.
AzEdu.az-ın məlumatına görə, beynəlxalq müsabiqə və yarış qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:
Olimpiya oyunları üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlarüçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
Avropa oyunları üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
İslam Həmrəyliyi oyunları üzrə qaliblərin:
-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
-bədən tərbiyəsi və idman;
-məşqçi (idman növü üzrə);
“Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə
(Bakı, Azərbaycan) qaliblərin - solo oxuma (xanəndə);
Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə
(Bakı, Azərbaycan) qaliblərin - solo oxuma (akademik vokal);
M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:
-solo oxuma (akademik vokal);
-estrada sənəti;
Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin:
-xoreoqrafiya sənəti (sahələr üzrə);
-rəqs müəllimliyi;
“Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblərin – instrumental ifaçılıq (simli);
Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – instrumental ifaçılıq (fortepiano);
Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (StaraZaqora, Bolqarıstan) qalibləri – instrumental ifaçılıq (nəfəs alətləri);
Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblərin – instrumental ifaçılıq (simli);
Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:
-solo oxuma (akademik vokal);
-instrumental ifaçılıq;
Gənc vokalçıların YelenaObraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – solo oxuma (akademik vokal);
Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri –estrada sənəti;
“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin:
-estrada sənəti;
-xalq çalğı alətləri ifaçılığı;
-instrumental ifaçılıq (simli və nəfəs alətləri);
Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:
-xoreoqrafiya sənəti (sahələr üzrə);
-rəqs müəllimliyi;
“Eurovision” estrada mahnı müsabiqəsi üzrə qaliblərin – estrada sənəti;
Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qalibləri – instrumental ifaçılıq (simli);
Pianoçuların FerensList adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblərin – instrumental ifaçılıq (fortepiano);
Pianoçuların FriderikŞopen adına beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblərin – instrumental ifaçılıq (fortepiano);
Skripkaçıların QenrixVenyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblərin - instrumental ifaçılıq (simli);
Skripkaçıların FrisKreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblərin – instrumental ifaçılıq (simli);
Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblərin – instrumental ifaçılıq (simli);
Skripkaçıların “PremioPaqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblərin – instrumental ifaçılıq (simli):
Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblərin – instrumental ifaçılıq (simli);
Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblərin:
-solo oxuma (akademik vokal);
-instrumental ifaçılıq (fortepiano, simli);
Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblərin – instrumental ifaçılıq (fortepiano);
“Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qaliblərin:
-solo oxuma (xanəndə);
-xalq çalğı alətləri ifaçılığı