14 apreldə keçirilən buraxılış imtahanlarında maksimum bal (300) toplayan olmayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonları üzrə heç bir şagird maksimum nəticə göstərə bilməyib.
Xatırladaq ki, 7 apreldə Bakı, Naxçıvan MR və Şirvan üzrə keçirilən buraxılış imtahanlarında 2 nəfər 300 bal toplamışdı.
21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.