Abituriyentlər qəbul imtahanlarında topladıqları balı xüsusi proqram vasitəsilə hesablaya biləcəklər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.
Proqram abituriyentin nəticələrini balların hesablanma qaydasına tam uyğun hesablayır.
Topladığınız balı hesablamaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:
Qeyd edək ki, abituriyentlər sosial şəbəkələrdə bir müddətdir, balların hesablanma qaydasının çətinliyindən narazılıq edirdilər.