Bütün ixtisas qrupları üzrə yaz qəbul imtahanları artıq başa çatıb.
Abituriyent, müəllim və valideynlər arasında müzakirələr isə hələ də davam edir.
Sosial şəbəkələrdə qəbul imtahanlarında iştirak edənlərin sayında ildən-ilə azalmanın olduğuna dair məlumatlar əksini tapıb.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi rəsmi məlumatlara istinadən son 3 ildə yaz qəbul imtahanlarında iştirakı nəzərdə tutulan abituriyentlərin ixtisas qrupları üzrə statistikasını təqdim edir:
2017-2018 – Yaz qəbul imtahanlarında iştirakı nəzərdə tutulan abituriyentlər:
I qrup – 25.603 nəfər;
II qrup– 18.676 nəfər;
III qrup –16.752 nəfər;
IV qrup – 4.621 nəfər.
2018 – 2019 – Yaz qəbul imtahanlarında iştirakı nəzərdə tutulan abituriyentlər:
I qrup – 28.055 nəfər;
II qrup – 17.253 nəfər;
III qrup – 19.306 nəfər;
IV qrup – 5.084 nəfər.
2019-2020-ci il – Yaz qəbul imtahanlarında iştirakı nəzərdə tutulan abituriyentlər:
I qrup – 27.225;
II qrup – 14.031;
III qrup – 21.391;
IV qrup – 4.948.
Rəqəmlərə əsasən, I qrup üzrə ali məktəblərə sənəd verənlərin sayı 2018-ci ildə çoxluq təşkil edir.
II ixtisas qrupu üzrə 2017-ci ildən başlayaraq sənəd verənlərin sayında azalma müşahidə olunur.
III ixtisas qrupunda vəziyyət tam əksinədir. 3 il ərzində bu qrupa ərizə təqdim edənlərin sayı artıb.
IV fənn bloku üzrə imtahanda iştirak etmək üçün sənəd verənlərin sayı 2017-ci illə müqayisədə artsa da, 2018-ci ilə nisbətən azalıb.
Xatırladaq ki,yay qəbul imtahanlarının iyul ayında keçirilməsi nəzərdə tutulub.