Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələri 1 həftə ərzində açıqlanacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, mayın 12-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri yaxın 1 həftə ərzində elan olunacaq.
Qeyd edək ki, mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanıb.