Azedu.az

Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Məktəblər

16 May 2019, 19:42
Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə şagirdlər tərəfindən aparılan tədqiqat işi Türkiyənin İstanbul şəhərində keçirilən doktor İbrahim Arikan adına XXVIII Beynəlxalq Tədqiqat Layihələri yarışmasında 2-ci yerə layiq görülüb.

İnstitutdan  verilən məlumata görə, yarışmada Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdləri Məryəm Bayramova və Nicat Ömərlinin “Yeni nəsil fotodetektorlar” layihəsi fizika bölməsi üzrə mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, yarışın final mərhələsinə kimya və biologiya bölmələri üzrə ümumilikdə 20 ölkədən 30 layihə seçilərək təqdim olunub.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox