Müəllimlərin işə qəbulu ilə bağlı 18-30 may tarixlərində keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatıb.
AzEdu.az xəbər verir ki, iyun ayında növbəti sınaq imtahanları keçiriləcək.
Sınaq imtahanında iştirak etmək istəyənlər miq.edu.az/sinaq linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat tarixi ilə bağlı tezliklə məlumat veriləcək. Nəzərinizə çatdırırıq ki, qeydiyyat üçün yerlər məhdud saydadır.
Qeyd edək ki, mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (Ünvan: Həsən Əliyev küçəsi 135/Gənclik metro stansiyasının yaxınlığı) keçiriləcək.