Azedu.az

Qəbul imtahanları rəqəmlərin dili ilə - Qızlar oğlanları çox qabaqlayır

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

15 May 2019, 16:01
Qəbul imtahanları rəqəmlərin dili ilə - Qızlar oğlanları çox qabaqlayır

Mayın 19-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin 15.823 nəfəri oğlanlar, 19.599 nəfəri isə qızlardır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

İmtahanda iştirak edəcək 30.654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır.

Eyni zamanda 55 nəfər ali təhsil müəssisələrini, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrini bitirib. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Abituriyentlərdən 32.585 nəfəri Azərbaycan bölməsinin, 2837 nəfəri isə rus bölməsinin məzunlarıdır.

Xatırladaq ki, qəbul imtahanında ümumilikdə 35.422 abituriyentin iştirakı nəzərdə tutulub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox