Azedu.az

Müəllim olmaq istəyənlərin nəzərinə - Vacib məlumatlar şəxsi  səhifənizə göndərilib

MİQ

15 May 2019, 10:17
Müəllim olmaq istəyənlərin nəzərinə - Vacib məlumatlar şəxsi  səhifənizə göndərilib

Xəbər verdiyimiz kimi, mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

AzEdu.az-ın məlumatına görə müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (Ünvan: Həsən Əliyev küçəsi 135/Gənclik metro stansiyasının yaxınlığı) keçiriləcək.

Sınaq imtahanı ilə bağlı ətraflı məlumat iştirakçıların şəxsi səhifələrinə göndərilib. 10 gün ərzində keçiriləcək imtahanlarda 7000-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, imtahana gələn iştirakçılardan şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

 

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox