Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirakı nəzərdə tutulan edən ən yaşlı abituriyentin 53, ən gəncin isə 14 yaşı var.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, dünənki imtahanda iştirak etmək üçün ərizəsini təsdiq edən abituriyentlərdən ən yaşlısı 1966-cı, ən gənci isə 2004-cü ildəndir.
Xatırladaq ki, bütün ixtisas qrupları üzrə ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.