Azedu.az

Bu abituriyentlərin qəbul imtahanı nəticələri ləğv ediləcək - SƏBƏBLƏR

12 May 2019, 14:59
Bu abituriyentlərin qəbul imtahanı nəticələri ləğv ediləcək - SƏBƏBLƏR

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. 

Məlumatda deyilir ki, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub. Həmin abituriyentlərin nəticələri ləğv ediləcək.

Xatırladaq ki, bu gün  ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox