Azedu.az

“Oruc tutan şagirdər arasında evdəkiləri aldatmaq üçün bufetdən nəsə alıb, yeyənləri də olur” -  Mütəxəssis tövsiyələri

Məktəblər

8 May 2019, 09:31
“Oruc tutan şagirdər arasında evdəkiləri aldatmaq üçün bufetdən nəsə alıb, yeyənləri də olur” -  Mütəxəssis tövsiyələri

Ramazan ayının başlanması ilə əlaqədar, şagirdlərin oruc tutması məsələsi müzakirə olunur. Dərsdə məktəblinin halının aclıqdanpisləşdiyini deyənlər olsa da, hətta qəbul imtahanı dönəmində “Allah güc verəcək” kimi düşünüb, oruc tutanlar da az deyil.

Bəs, oruc tutmağın şagird orqanizmi üçün hansı fəsadları ola bilər? Ümumiyyətlə, aşağı sinif şagirdi həqiqətənmi dərk edərək oruc tutur, yoxsa, onu buna valideynləri məcbur edir?

““Uşaq özü istəyir” fikri oruc tutmaq üçün əsas deyil”

Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, son vaxtlar uşaqların mədə-bağırsaq problemləri artıb. Elə valideyn yoxdur ki, övladının yeməyi ilə bağlı şikayəti olmasın:

“Valideyn övladını yaxşı qidalandırmaq istəsə də, keyfiyyətli məhsul tapa bilmir. Mövsümlə əlaqədar qıtlıq müşahidə olunur. Köhnə mövsümə aidmeyvələr qurtarıb, yeniləri isə hələ yetişməyib.  Buna görə də boşluq, vitaminsizlik yaranıb. Onkoloji xəstəliklər, baş ağrısı, ürəkbulanma,və s.

Bu qədər problem olduğu halda uşaqları birdən–birə aclığa yönəldirik. Orqanizmin normal və keyfiyyətli qida rejimi olmalıdır. Amma biz buna süni müdaxilə edirik. Dindarlar bu fikrimi çox pis qarşılayırlar. Hər il yazıram və  hər il də məni  buna görə təhqir edirlər. Axı, dediklərim Vaqif Qarayevinşəxsi kaprizi deyil, bunu bütün  təbabət söyləyir. Mən hər Ramazan ayında gördüklərimə əsaslanıb danışıram. Böyüyən orqanizm mütəmadi zülal, yağ, karbohidrat,  şəkər qəbul etməlidir. Beyin qlükozasız işləyə bilməz. Biz isə bunu süni şəkildə kəsirik. Uşağın təzyiqi düşür, ürək fəaliyyətində, mədə - bağırsağında problem yaranır.

Xəstə bəzən pis halda yanıma gəlir. Səbəbini soruşanda valideyn deyir ki, övladı oruc tutur. Axı, nə məcburdur?  Valideynlərin 99 %-i deyir ki, bunu uşaq özü istəyir.  Bəyəm, uşaqların bütün istəklərinə əməl edirsiz? Əməl edirsizsə, bu qədər lazımlı-lazımsız qadağaları qoyan kimlərdir? “Uşaq özü istəyir” fikri oruc tutmaq üçün əsas deyil. O nə bilir axı?!”

“İndiki uşaqlarda nəinki, 14 əsr, heç 14 il əvvəlki uşaqların da sağlamlığını görmürük”

Vaqif  Qarayev dində oruc tutmaq üçün qoyulan yaş həddinə də münasibət bildirib:

“Deyirlər, dində 13-14 yaşa qədər oruc tutmaq olmaz. Gəlin, sizə  bir söz deyim: VII əsrdə yaşayanlar XXI əsrdəki uşaqların sağlamlıq durumunun necə olacağını bilirdilər? Hələ bir qayda da qoyurlar ki, neçə  yaşdan sonra oruc tutmaq olar. Bilirəm, bu müqayisəm dindarları qıcıqlandıracaq. Amma fikrimcə, normal müqayisədir. İndiki uşaqlarda nəinki, 14 əsr, heç 14 il əvvəlki uşaqların da sağlamlığını görmürük.

Əksəriyyəti repetitor yanına gedir. Çiyinlərdə xeyli fiziki, intellektual, zehni yük var. Ac halda bunun öhdəsindən gələ bilmirlər. Mən uşaqların dinin müsbət nüanslarını götürmələrinin tərəfdarıyam. Mənəvi təmizlik, davranış etikası və s. Amma bunu onlara izah etmək lazımdır.

Bu mövzuda uzun-uzadı danışa bilərəm. Qısası, kim uşağını ac qoymaq istəyirsə, Allah köməyi olsun, oruclarını qəbul etsin. Amma süni müdaxilə edib uşağın səhhəti ilə oynamayaq”.

“Evdəkiləri aldatmaq üçün oruclu gəlib bufetdən nəsə alıb, yeyənlər də olur”

Ağdam rayonu 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli isə düşünürki, oruc tutmaq şagirdin şəxsi fikridir və  kimsənin buna qarışması düzgün deyil:

“Bəzən oruc şagirlərdə ürəkbulanma, başağrı olur. Buna görə də şagirdə erkən yaşlarda oruc tutmamağı tövsiyə edirik. Amma hər kəsin dini dünyagörüşü, inancına hörmətlə yanaşırıq. Qəbul imtahanı verəcək şagirdlərə də orucu məsləhət görməzdim. Çünki oruc abituriyentlərə sıxıntı, halsızlıq gətirə bilər”.

“Müdaxilə etməyə haqqımız yoxdur”

Onun sözlərinə görə,adətən, VII sinifdən yuxarılar oruc tuturlar:

“Hərşagird valideynini təqlid edir. Evdə oruc tutan yoxdursa, uşağın bunu öz dərrakəsi ilə etməsi absurddur. Yəqin ki, hər şey ailədən qaynaqlanır. Uşaq orucu dərk etməsə də tutur. Evdəkiləri aldatmaq üçün oruclu gəlib məktəbin bufetindən nəsə alıb yeyənlər də olur. Uşaqdırlar, qınaya bilmərik. Bu məsələdə müdaxilə etməyə haqqımız yoxdur.

Fikrimcə, oruc  yetkinlik yaşından sonra tutulmalıdır. Amma orucun mənəvi tərəfi də var. Normal insan hər gün mənəvi oruc tutmalıdır. Qeybət etməmək, kiminsə haqqını yeməmək, yalan danışmamaq və s. əməl etməklə”

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox