Azedu.az

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək - Ceyhun Bayramov

Məktəblər

Elm və Təhsil Nazirliyi

7 May 2019, 16:36
Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək - Ceyhun Bayramov

"Müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır".

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir: "Məktəblərdə tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib işlərdəndir".

C.Bayramov bildirib ki, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox