Azedu.az

Sumqayıtda qəzalı orta məktəb binası sökülür  

Məktəblər

7 May 2019, 13:23
Sumqayıtda qəzalı orta məktəb binası sökülür  

Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli orta ümumtəhsil məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir.

 

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, məktəbin kollektivi  isə  müvəqqəti olaraq keçmiş "İstək" liseyinin binasına köçürülüb və tədris prosesi orada davam etdirilir.

Yeni məktəb binası 1176 şagird yerlik və 4 mərtəbəli olacaq. Tikinti işlərinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin noyabr ayında  Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox