Azedu.az

Olimpiadaçılarımız 5 medalla qayıdır

Məktəblər

4 May 2019, 23:32
Olimpiadaçılarımız 5 medalla qayıdır

Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 

Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər.

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb.

 

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.

 

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox