Moldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.
30 aprel – 5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir.
Azərbaycanlı şagirdlər olimpiadada uğurla çıxış ediblər. Komanda üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, qazanılan medalların sayına görə toplanan xal olimpiada tariximizdə ən yaxşı nəticə sayılır.