Azedu.az

Bakıda valideynlər üçün seminar təşkil olunacaq

Məktəblər

3 May 2019, 20:21
Bakıda valideynlər üçün seminar təşkil olunacaq

Bakıda 7, 8, 9 və 10-cu sinif şagirdlərinin valideynləri üçün seminar keçiriləcək. AzEdu.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi  Qoşqar Məhərrəmov “Dərs çalışma və çalışdırma üsulları” haqqında ətraflı məlumat verəcək.

 

AR Təhsil İnstitutunun baş mütəxəssisi Tofiq Sadıxov isə peşə seçimi ilə bağlı bir çox vacib məqamlara toxunacaq.

 

Buna əlavə olaraq 7-8-9-10 cu sinif şagirdləri üçün sınaq imtahanı təşkil olunacaq. İmtahanda yüksək nəticə göstərənlər 50%-dək endirim əldə edəcək.

 

Tədbirdə iştirak etmək üçün 5 may 10:30-da Dərs Evinə yaxınlaşın.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox