“Özünə hörmət qoyan heç bir xarici universitet IETLS və ya TOEFL sertifikatı olmadan əcnəbi tələbələri qəbul etməz”.
Bu sözləri AzEdu.az-a “A-Level” Tədris Mərkəzinin rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyeva deyib. Onun sözlərinə görə, xarici universitetlərə dil biliyi olmayan tələbələrin qəbul olması düzgün deyil:
“Normal xarici universitetlərdə təhsil almaq istəyənlər IELTS və ya TOEFL imtahanından uğurla keçməlidirlər. Ümumiyyətlə, özünə hörmət edən heç bir xarici universitet IETLS və ya TOEFL sertifikatı olmadan tələbəni qəbul etməz. Çünki tələbə təhsil alacağı dili normal səviyyədəbilmirsə,deməli, o dildə olan dərslikləri mənimsəməsi dəmümkün deyil. Ümumiyyətlə, tələbələr xarici universitetlərdə təhsil almağı hədəfləyirsə, dil sertifikatı olmadan qəbul olmaqları düzgün deyil.
Türkiyədə 5-10 il ərzində açılan universitetlər var ki, onlar tələbələri qəbul etmələri üçün hər bir şeyə söz verə bilərlər. Bəzi xarici universitetlər də var ki, tələbələrin tədris alacağı dilə uyğun imtahan keçirirlər. Həmin imtahanlarda TOEFL, IELTS-ə bərabərdir. Xarici universitetlər fənn imtahanı olmadan da əcnəbi tələbələri birbaşa qəbul edir. Ümumiyyətlə, xarici universitetlərdil biliyi olmayan tələbələri hazırlıq ilinə qəbul edə bilər.
Xaricdə təhsil mərkəzləri dil sertifikatı olmadan birbaşa bakalavr dərəcəsinə tələbələrin qəbulu olmasını bildirirlərsə onlar böyük səhv edirlər. Çünki bu cür proses ola bilməz. Ümumiyyətlə, keyfiyyətli universitetlər tələbələrdən dil biliyi sertifikatını tələb etməlidirlər”.
Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki,tələbələr tədris alacağı dili müəyyən səviyyədə bilirsə, beynəlxalq dil sertifikatı olmadan da xarici universitetdə təhsil almaqları doğrudur:
“Bəzi xarici universitetlər əcnəbi tələbələrin qəbulu prosesində IELTS, TOEFL, və ya SAT imtahan sertifikatını tələb edirlər. Ümumiyyətlə,yüksək reytinqli Avropa universitetlərinin qəbul prosesində beynəlxalq dil sertifikatına tələbat çoxdur.Onu da bildirim ki, bəzi tələbələr var ki, ingilis dilini yaxşı bildiyi halda IELTS imtahanından 5.5 bal toplayır. Amma bəzi tələbələr danışıq və eşitmə mövzusunda zəif olsalar belə IELTS imtahanından 6.5 bal toplayır. Elə buna görə də, bəzi xarici universitetlər əcnəbi tələbələri onlayn olaraq qəbul edirlər. Ümumiyyətlə, tələbələr tədris alacağı dili müəyyən səviyyədə bilirsə beynəlxalq dil sertifikatı olmadan da xarici universitetdə təhsil almaqları doğrudur. Onu da qeyd edim ki, gənclərin biliyi sertifikatlarla məhdudlaşmalı deyil. Həmçinin, xarici universitetə qəbul zamanı gənclərin özünüifadə etməsindən də çox şey aslıdır”.