Azedu.az

Ucqar kənd müəlliminin maraqlı dərs üsulu- Təbiət qoynunda tədris - FOTOLAR  

Məktəblər

Maraqlı

3 May 2019, 11:32
Ucqar kənd müəlliminin maraqlı dərs üsulu- Təbiət qoynunda tədris - FOTOLAR  

Orta məktəblərdə Kurikulumun tətbiqi əksər müəllimlərin yeniliyə can atmasına, şagirdlərlə fərqli iş metodları tapmasına səbəb olur. Belə müəllimlərdən biri də Amil Məmmədovdur.

O, Lerik rayon Zəfər Səfərov adına Blabanda kənd tam orta məktəbində Coğrafiyanı tədris edir. Dediyinə görə, özü də bu məktəbin yetirməsidir. Məzunları hər il respublikanın tanınmış ali təhsil müəssisələrinə qəbul olunurlar. Məktəb müəllimlərinin əksəriyyəti diaqnostik qiymətləndirmə və MİQ imtahanlarında yüksək bal toplayıblar.

Amil müəllim həmkarlarından dərslərini açıq havada keçməsi ilə fərqlənir. Bu maraqlı metodu isə belə izah edir:

“Çünki, tədris etdiyim Coğrafiya təbiətlə sıx əlaqədədir. Təbii hadisə və proseslərin şagirdlərimizə aşılanmasında bunun böyük əhəmiyyəti var. Məktəblilər həvəslə açıq havadakı dərslərdə iştirak edirlər. Siniflər nə qədər cəlbedici olsa, dərslər necə maraqlı keçirilsə də, şagirdlər üçün cansıxıcı məqamlar ola bilər. Buna görə də düşünürəm ki, bunu, həm sağlamlıq, həm də ətraf mühitlə tanışlıq üçün böyük əhəmiyyət kəsb edir”.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox