Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Qubadlı rayonu Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin informatika müəllimi Gülnar Allahverdiyevaya həsr olunur.
G.Allahverdiyeva 2017-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 56 bal toplayıb.
Hazırda məktəbdə informatika fənnini tədris edən Gülnar Allahverdiyeva şagirdlərinin sevgisini ən böyük qazanc hesab edir.