Mayın 1-də akademiyanın illik ümumi yığıncağında AMEA-nın akademik-katibi və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
AzEdu.az xəbər verir ki, gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçilib.
Ümumi yığıncaqda açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsini icra edən seçilib.