"Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara qarşı yanaşma düzgün deyil".
AzEdu.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Azərbaycanlı tarixçilərin uğurlarından danışan akademik bir neçə detala da toxunub:
“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlər işığında nəzər salıb.
Mən Səməd Vurğunun "Vaqif" dramına çox baxmışam. Əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca deyir ki, "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana".
Sənədlərlə tanış olduqda görürsən ki, belə olmayıb. Məlum sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar yer alıb".